Darayanda saçları tökülənlər qaraciyərini yoxlatsın

  • 2023.09.05 17:39
  • 1861 Baxış
Darayanda saçları tökülənlər  qaraciyərini yoxlatsın

Qaraciyərin müxtəlif mənşəli yağlanma xəstəliyində simptomlardan biri də saçların tökülməsidir.


Qeyri-alkoqol mənşəli, yəni içki içməyən insanlarda əmələ gələn bu xəstəlik çox gizli gedir, illərlə özünü büruzə vermir.

“Medicina” xəbər verir ki, qaraciyər piylənməsinin ən son mərhələsi sirrozdur, o, azı 10 il ərzində qaraciyərin xroniki iltihabı nəticəsində yaranır.

Nəticədə orqan çatışmamazlığı yaranır və bu da ölümcüldür.

Qaraciyər yağlanmasının əlamətlərindən biri saçları yuyanda və darıyanda çəngə ilə tökülməsidir, bu zaman daraq saçla dolur, saçlar sel kimi axır.

Ona görə də uzun müddət saçı belə tökülən və çarə tapmayan insanlar qaraciyər müayinəsinə üz tutsun.

Qaraciyər sirrozunun digər əlamətləri:

- Yorğunluq. əzginlik
- İştahsızlıq
- Qaraciyərdə ağrı
- Əzələ boşalması, arıqlama
- Güclü qaşınma
- Gözlərin saralması
- Qarında şiş
- Qanaxma və bədəndə göyərmələr
- Bədəndə ödem

Xüsusən piylənməsi olanlar, şəkər və təzyiq xəstələri risk altındadır.

Aygün Musayeva