Doğru müalicə ilə ayaqları amputasiyadan xilas etmək mümkündür!
Şəkərli diabet yalnız qan şəkərinin yüksəlməsi ilə məhdudlaşmır. Bu xəstəliyin ən ciddi fəsadlarından biri də ayaqlarda olan trofik xoralardır. Təəssüf ki, ölkəmizdə hər il yüzlərlə pasiyent ayaq yarasına görə amputasiyaya (ayağın kəsilməsi) ə məruz qalır. Halbuki, erkən diaqnoz və müasir müalicə üsulları ilə amputasiyanın qarşısını almaq mümkündür.
Diabetik ayaq yarasının səbəbi nədir?
• Qan dövranının zəifləməsi – damarların daralması nəticəsində aşağı ətraflara qan normal getmir.
• Sinir zədələnməsi (neyropatiya) – ayaqda ağrı hissi azalır, pasiyent yaranan xırda yaraları hiss etmir.
• Yoluxma – dəridə kiçik bir zədə belə infeksiyalaşaraq sürətlə dərinləşə bilər.
Nəticədə yara uzun müddət sağalmır, böyüyür və infeksiyaya yol açır. Əgər vaxtında müdaxilə edilməsə, həkimlər ayaqların amputasiyasına qərar verə bilərlər.
Amputasiya son qərar deyil!
Əvvəllər diabetik ayaq yaralarının yeganə çıxış yolu kimi amputasiya görülürdüsə, bu gün inteqrativ və müasir müalicə metodları sayəsində ayaqları xilas etmək mümkündür.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində:
• Damarların vəziyyəti yoxlanılır – doppler müayinəsi və digər analizlərlə qan dövranı dəyərləndirilir.
• Yara təmizlənərək xüsusi sarğılarla infeksiyadan qorunur.
• Ozon terapiyası, homeosiniatriya, PRP və hüceyrə regenerasiyası kimi üsullarla toxumaların sağalması sürətləndirilir.
• Qan şəkərinin səviyyəsi endokrinoloq tərəfindən nəzarətə götürülür.
• İltihab əleyhinə müalicə ilə infeksiyalaşmanın qarşısını alınır.
Pasiyentlər nələri bilməlidir:
• Kiçik bir ayaq yarasını belə heç vaxt gözdən qaçırmayın
• Ayaqlarda qaralma, şişmə, pis qoxu və ya irin varsa, dərhal həkimə müraciət edin.
• Ayaq gigiyenası və düzgün ayaqqabı seçimi çox vacibdir.
Nəticə
“Amputasiya edilməlidir” qərarı yeganə çıxış yolu deyil. Əksinə, düzgün və fərdi müalicə yanaşması ilə çox vaxt ayağı amputasiyadan xilas etmək mümkündür. Sağlamlığınıza qarşı diqqətli olub vaxtında həkimə müraciət etməklə ayaqlarınızı qoruya bilərsiniz.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ünvan: Bakı, 3 mkr., Pişəvari 110, M.Əcəmi m.st. yaxınlığında
Tel.: (012 / 050 / 055 / 070) 430 89 89