Dondurmanın düzgün istifadə edilməməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, yayın əsas məhsulu olan dondurma düzgün olmayan şəraitdə saxlandıqda və yeyildikdə sağlamlıq üçün ciddi risklər yaradır.
Mütəxəssislər xəbərdarlıq edir ki, buzu açılmış dondurma təhlükəli bakteriyaları saxlaya bilər. Bu bakteriyaların yaratdığı infeksiyalar ürəkbulanma, qusma, qarın ağrısı, kramplar və ishal kimi əlamətlərlə özünü göstərir.
Dondurmanın dadı da xarab olmasının göstəricisi hesab olunur.
Dondurma satışında istifadə edilən qaşıqların və xidmət qablarının gigiyenası başqa bir risk faktoru yaradır. Bütün gün açıq havada qalan qaşıqlar milyonlarla mikroorqanizmə məruz qalır.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, dondurma günəşdə qaldıqdan sonra belə əriməzsə, onun tərkibində həddindən artıq əlavələr ola bilər.
Dondurmanın dəfələrlə dondurucudan çıxarılması temperaturun dəyişməsi səbəbindən bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər.
Aygün
Medicina.az