Dondurulmuş dəsmal isti havada yatmağa kömək edir

  • 2026.06.29 23:37
  • 97 Baxış
Dondurulmuş dəsmal isti havada yatmağa    kömək edir



Laura Stanton-Slater yay mövsümündə yuxusuzluqla uğurla mübarizə aparmağın yolunu tapıb.

Bu nə ventilyatordur, nə də kondinsioner.


Medicina.az xəbər verir ki, Böyük Britaniya sakini adi dəsmallar ilə rahatlıq tapır: onları suya batırır və yatmazdan bir saat əvvəl dondurucuya qoyur. Sonra dəsmalı yatağının yanına qoyur, gecənin bir yarısı dözülməz istidən oyandığı zaman dəsmalı boyun və ya qarın hissəsinə qoyur.

Lauranın məsləhəti maraqlı ideyanı sınamaq qərarına gələn sosial media istifadəçilərini təəccübləndirdi. Sərinləməyin bu sadə və pulsuz yolu, şiddətli yuxusuzluq ən ucuz vasitədir.


Aygün Musayeva