Ebru Gündeş estetik əməliyyatdan sonra... - Görənlər şokda

  • 2026.06.15 23:31
  • 225 Baxış
Ebru Gündeş estetik əməliyyatdan sonra... -   Görənlər şokda

Üz dartması əməliyyatı keçirən 51 yaşlı Ebru Gündeşin son şəkillərini görənlər şoka düşüblər.

Medicina.az xəbər verir ki, səhnə və şəxsi həyatı ilə tez-tez danışılan və son zamanlar kosmetik əməliyyat səbəbindən xəbərlərdə yer alan 51 yaşlı məşhur sənətçi Ebru Gündeş əməliyyatdan sonra paylaşdığı yeni şəkilləri ilə diqqət çəkib.

Daha əvvəl konsertində "Qismən üz dartması əməliyyatı keçirdim. Bunu sizin üçün etdim. Bəs necədir, 10 yaş cavanlaşdım?" deyən Ebru Gündeşin bu prosedura təxminən 10 milyon lirə xərclədiyi iddia edilir.

Ebru Gündeş bir neçə gün əvvəl son görünüşünü də paylaşıb.

Son görünüşünü "Poza vermək bizim işimizdir" qeydi ilə paylaşan Ebru Gündeş çoxlu şərhlər alıb. "'Bu, üz dartması deyil, transplantasiya kimidir", 'Həkimin adını dərhal bizə deyin'", kimi şərhlər bildirilib.



Aygün
Medicina.az