İspaniyada iş qəzası nəticəsində yaranan bəzi daimi xəsarətlər, əmək qabiliyyətinin tam itirilməsinə səbəb olmasa belə, zərərçəkənə kompensasiya almaq hüququ yarada bilər.
Medicina.az xəbər verir ki, Sosial Müdafiə qurumunun qaydalarına əsasən, üzdə çapıq, oynaq hərəkətində məhdudlaşma, eşitmə zəifləməsi kimi qalıcı xəsarətlər xüsusi meyarlarla qiymətləndirilir və birdəfəlik ödənişlə kompensasiya edilə bilər.
Qeyd olunur ki, bu ödənişlər daimi əlillik pensiyasından fərqlənir və məbləğ xəsarətin növündən asılı olaraq dəyişir. Bəzi hallarda kompensasiya bir neçə min avroya çata bilər.
Mütəxəssislər bildirirlər ki, kompensasiya almaq üçün xəsarətin iş qəzası və ya peşə xəstəliyi ilə əlaqəli olması və rəsmi qiymətləndirmə siyahısında yer alması tələb olunur.
Xanım,
Medicina.az