Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən sağlam yağ hansıdır? - Diyetoloqların siyahısı

  • 2025.07.24 08:27
  • 362 Baxış
Ən sağlam yağ hansıdır? -  Diyetoloqların siyahısı

Süfrələrimizdə tez-tez istifadə etdiyimiz yağlar təkcə dad üçün deyil, həm də sağlamlıq üçün çox önəmlidir.

Medicina.az xəbər verir ki, bədən funksiyaları üçün vacib olan yağlar ürək sağlamlığından beyinə qədər çox faydalıdır.

Ancaq bütün yağlar eyni təsirə malik deyil. Mütəxəssislər bəzi yağların həm sağlamlıq, həm də yemək baxımından digərlərindən üstün olduğunu bildirirlər.

Yaxşı, bəs hansı yağ ən sağlamdır?

Dietoloqların fikrincə, ən sağlam yağların siyahısı...



1. Zeytun yağı

Antioksidantla zəngin mono doymamış yağları ehtiva edir. Ürək sağlamlığını qoruyur, pis xolesterolu azaldır və iltihab əleyhinə təsir göstərir.

2. Avokado yağı

Yüksək mono doymamış yağlar və E vitamini ilə zəngindir. Ürək üçün faydalıdır, dərini qidalandırır və iltihabı azaltmağa kömək edir.

3. Kokos yağı

Tərkibində orta zəncirli yağ turşuları var. Enerji verir və maddələr mübadiləsini gücləndirir.

4. Kətan toxumu yağı

Omeqa-3-ün ən zəngin bitki mənbələrindən biridir. Ürək sağlamlığını dəstəkləyir və iltihabla mübarizə aparır.

5. Qoz yağı

Tərkibində omeqa-3 və omeqa-6 yağ turşuları var. Beyin fəaliyyətini dəstəkləyir və xolesterolu tarazlaşdırır.

6. Küncüt yağı

E vitamini və antioksidantlarla zəngindir. Qan təzyiqini aşağı salmağa və ürək sağlamlığını dəstəkləməyə kömək edə bilər.

7. Fındıq yağı

Təkli doymamış yağları ehtiva edir və yüksək E vitamini mənbəyidir. Dəri və ürək sağlamlığına müsbət təsir göstərir.

Aygün
Medicina.az