Erkən və qəfil ölümü göstərən 5 molekul

  • 2025.11.28 09:04
  • 55 Baxış
Erkən və qəfil ölümü göstərən   5  molekul



Qanda beş molekulun yüksək konsentrasiyası növbəti beş və on il ərzində ölümü proqnozlaşdırır.


“Medicina” xəbər verir ki, bu, Surrey Universitetinin alimlərinin gəldiyi nəticədir.


Alimlər Britaniya Biobankı tərəfindən təqdim edilən 38.000-dən çox iştirakçının sağlamlıq məlumatlarını təhlil ediblər. Əsasən 5 molekul araşdırılıb.

Bu zülallar (PLAUR, SERPINA3, CRIM1, DDR1 və LTBP2) hüceyrə miqrasiyası, iltihab, yara sağalması, immun reaksiyası, toxuma struktur dəstəyi və bir sıra patoloji proseslərdə iştirak edir.

Bundan əlavə, tədqiqatçılar siqaret çəkmə, yaş və xroniki xəstəliklər nəzərə alınsa belə, ölüm riskinin artması ilə əlaqəli yüzlərlə digər zülal müəyyən ediblər.

İltihab, hüceyrə böyüməsi və hüceyrələrarası ünsiyyətdə iştirak edən molekullar vaxtından əvvəl ölümlə çox əlaqəli olub. Məsələn, ağciyərlərdə iltihabi prosesləri tənzimləyən SERPINA1-in yüksək səviyyəsinin beş illik riskin güclü proqnozlaşdırıcısı olduğu aşkar edilib.

Müəlliflər vurğulayırlar ki, yeni məlumatlar ağır xəstəliklərin inkişaf riski artan şəxsləri müəyyən etmək üçün "zülal risk profili" yaratmağa kömək edə bilər. Belə xəstələrin erkən aşkarlanması profilaktik tədbirlərə yol açacaq və fəsadların qarşısını almaqla səhiyyə sisteminə düşən yükü azaldacaq.


Aygün Musayeva