Havaların isti keçməsi ilə ağcaqanad problemi də özünü göstərməyə başlayıb. Kimyəvi məhsullardan istifadə etmədən tamamilə təbii maddələrlə ağcaqanadları evinizdən uzaq tutmaq mümkündür.
Medicina.az xəbər verir ki, yay aylarının ən bezdirici problemlərindən biri də şübhəsiz ki, ağcaqanadlardır.
Xüsusilə isti havalarda evləri açıq qalan qapı-pəncərələrlə dolduran bu kiçik, lakin bezdirici canlılar gecələr yuxunu pozur, gündüzlər qaşınma, qızartı kimi dəri problemlərinə səbəb olur.
Əksər insanlar ağcaqanadlardan qorunmaq üçün kimyəvi sprey və tablet məhsullarına müraciət etsələr də, bu məhsullar zamanla tənəffüs yollarına təsir edərək dərinin qıcıqlanmasına səbəb ola bilər.
Limon, lavanda yağı, nanə kimi tamamilə bitki mənşəli məhsullarla hazırlanan bu qarışıqlar sayəsində ağcaqanadlar evinizdən uzaq qalacaq.
Evdə təbii yolla ağcaqanad qovucu hazırlamaq üçün ən təsirli üsullar...
1. Limon və qara bibər yağı spreyi:
- 10 damcı limon yağı
- 10 damcı qara bibər (həmçinin mixək və ya lavanda ola bilər) yağı
- 100 ml su
- 1 çay qaşığı təbii alma sirkəsi (istəyə bağlı)
- Sprey şüşəsi
Hazırlanması: Bütün inqrediyentləri sprey şüşəsinə qoyun və yaxşıca çalxalayın. Dərinizə və ya otağınıza gündə bir neçə dəfə sprey edə bilərsiniz.
2. Nanə və lavanda yağı qarışığı
- 10 damcı lavanda yağı
- 10 damcı nanə yağı
- 2 xörək qaşığı kokos yağı və ya zeytun yağı
Hazırlanması:
Yağları qarışdırın. Ağcaqanadların sıx olduğu yerlərə və ya dərinizə çəkin. Uşaqlar üçün də təhlükəsizdir.
3. Limon və mixək resepti
- 1 limon
- 10-15 mixək
Limonu yarıya bölün, içinə mixək yapışdırın. Bu qarışığı otaqlara qoyun. Ağcaqanadlar bu qoxudan qaçır.
4. Adaçayı və lavanda buxur
Bağda və ya balkonda yandıracağınız qurudulmuş adaçayı və ya lavanda dəstəsi ağcaqanadları uzaqlaşdıracaq.
Aygün
Medicina.az