Əyləncə faciə ilə bitdi - Boynu sınan gənc qız öldü

  • 2026.05.18 22:32
  • 239 Baxış
Əyləncə faciə ilə bitdi -  Boynu sınan gənc qız öldü

Braziliyadakı güləş yarışında boynunu sındıran gənc qız ölüb.

Medicina.az xəbər verir ki, Braziliyadakı güləş yarışında baş verən hadisə sosial mediada gündəm olub. Yarış zamanı boynunu sındıran gənc qız ölüb.

Görüntülərdə gənc qızın açıq sahədə keçirilən matç zamanı qəfildən yerə yıxıldığı və hərəkətsiz qaldığı görünür. Ətrafındakıların panikaya düşüb müdaxilə etməyə çalışdığı anlar da kameraya düşüb.

Görüntülər sosial mediada sürətlə yayıldıqdan sonra idman tədbirlərində təhlükəsizlik tədbirləri yenidən müzakirə mövzusuna çevrilib.

Aygün
Medicina.az