Yay istisində uşaqların rahat yatması üçün bir çox valideyn kondisioner və ventilyatora müraciət edir. Lakin pediatrlar bu cihazlardan düzgün istifadə edilmədikdə uşağın sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirirlər.
Medicina.az xarici mediaya istinadla xəbər verir ki, fransız pediatr Qonzalo Onoro valideynlərə gecə saatlarında uşaq otağında temperaturu 24-26 dərəcə arasında saxlamağı tövsiyə edir.
Onun sözlərinə görə, otağı həddindən artıq soyutmaq yuxu pozuntusuna və narahatlığa səbəb ola bilər.
Mütəxəssis xəbərdarlıq edir ki, ventilyator və ya kondisionerin havası birbaşa uşağın üzərinə yönəlməməlidir. Hava axınını divara və ya tavana çevirmək daha təhlükəsizdir.
Pediatrın sözlərinə görə, düzgün istifadə edildikdə kondisioner və ventilyator uşaqların isti havalarda daha rahat yatmasına kömək edə bilər.
Xanım,
Medicina.az