Gündə 2 alma – İnsultdan xilas edəcək

  • 2025.09.08 11:38
  • 102 Baxış
Gündə 2 alma  – İnsultdan xilas edəcək

Gündə bir neçə alma sizi insultdan xilas edə bilər.


“Medicina” xəbər verir ki, Hollandiya almanın gündəlik istehlakının insanların sağlamlığına necə təsir etdiyinə dair araşdırma aparırlar.

Məlum olub ki, alma, armud və ağ lətli meyvələr ürək-damar sisteminin sağlamlığına faydalı təsir göstərir və eyni zamanda insultun qarşısını ala biləcək əla profilaktik tədbirdir.

Təcrübə və müşahidələr zamanı məlum olub ki, gündə ən azı 25 qram bu meyvələrdən yeyildikdə insult riski demək olar ki, 10% azalır.

Orta ölçülü almanın çəkisinin təqribən 100-125 qram olduğunu nəzərə alsaq, yalnız bir alma xəstəliyin riskini 36-45% azaldır. Araşdırmanın elmi direktoru Linda Ude Gripp belə deyir.

Məlum olduğu kimi, alma asanlıqla orqanizm üçün optimal birləşmələrdə olan mineralların (kalium, kalsium, fosfor, maqnezium, natrium, çoxlu dəmir) və vitaminlərin (C, E, B1, B2, B6, PP, karotin, fol turşusu) ən dolğun mənbəyidir.

Gündəlik menyunuza əlavə edilən sadəcə bir alma, diyetoloqların dediyi kimi, həyatınızı keyfiyyətcə dəyişə bilər. Meyvənin tərkibində qan damarlarını və orqanları insultdan qoruyan quercetin adlı birləşmə var.

Əgər siz ildə 48 kq alma yeyirsinizsə, onun 40%-i ilk növbədə şirələr şəklində emal edilirsə, o zaman britaniyalı tədqiqatçıların müəyyən etdiyi kimi, ağciyərlər alma yeməyənlərə nisbətən daha yaxşı işləməyə başlayır və qrip, bronxit, hətta astma xəstəliyinə yoluxma riski xeyli azalır.. Siqaret çəkənlərə daha çox alma yemək məsləhət görülür.


Aygün Musayeva