Təbabətin atası sayılan İbn-i Sinanın tövsiyə etdiyi bitki qarışığı dəridə ləkələrin, xüsusən də günəş ləkələrinin yaranmasının qarşısını almaqda ciddi təsir göstərir.
Medicina.az xəbər verir ki, yayın gəlişi ilə günəşin isti üzü hiss olunur.
Ancaq qaralmaq və D vitamini qəbul etmək kimi faydaları ilə yanaşı, günəş şüalarının dəridə buraxdığı qalıcı ləkələr də bir çox insanı bezdirir.
Bahalı kosmetik məhsullardan, kimyəvi kremlərdən və qısa müddətli həllərdən bezənlər yenə də təbiətdə çarə axtarırlar.
Bu məqamda tibb tarixini formalaşdıran böyük bir ad yenidən gündəmə gəlir: İbn-i Sina.
Onun əsrlər boyu davam edən dəriyə qulluq tövsiyələri bu gün təbii həllər axtaranların işığıdır.
Günəş ləkələri üçün tövsiyə etdiyi bitki mənşəli formula həm ləkələrin aradan qaldırılmasında, həm də yeni ləkələrin əmələ gəlməsinin qarşısının alınmasında diqqətəlayiq nəticələr verir.
Bir çay qaşığı qurudulmuş ayrık otu və bir çay qaşığı sarı kantoronu isti suda 10 dəqiqə dəmləyin.
İlıq qarışığa bir çay qaşığı təbii bal və bir çay qaşığı gül suyu əlavə edin.
Pambıq yastığı ilə təmizlənmiş dəriyə çəkin. 20 dəqiqə saxlayın və sonra isti su ilə yuyun.
Həftədə 2-3 dəfə tətbiq etmək məsləhətdir.
Aygün
Medicina.az