Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hamilə qadının salatından ölü siçan çıxdı

  • 2025.05.15 22:35
  • 68 Baxış
Hamilə qadının salatından ölü siçan çıxdı


Hamilə qadın restoranda yeməyindən ölü siçan tapıb.

“Medicina” xəbər verir ki, Sidney (Avstraliya) sakini "Tatsuya West Ryde" restoranına baş çəkdikdən sonra həm qorxub, həm də yeməkdən diksinib.


Hamilə qadın yapon yeməyi katsu sifariş etdib, yeməyin yarısını yeyə bildikdən sonra şoka düşən xanım doğranmış salatın arasında ölmüş siçan görüb. Vəziyyət o qədər iyrənc olub ki, həm müştəri, həm də Tatsuya West Ryde digər qonaqları dərhal restoranı tərk ediblər.

Xidməti ilə bağlı çox xoşagəlməz rəy alan Tatsuya West Ryde hadisədən təəssüfləndiyini və onu araşdırdığını açıqlayıb.

Çox güman ki, günah qida tədarükçülərindədir.

Aygün Musayeva