Mütəxəssislər Qurban bayramında hamilə qadınların gündə orta hesabla 90-120 qram qurban əti yeməli olduqlarını bildirirlər.
Medicina.az xəbər verir ki, hamiləlik zamanı immunitet zəifləyir.
Bu səbəblə hamilə qadınlar qurban ətinin miqdarında çox daha diqqətli olmalıdırlar.
Mütəxəssislərin fikrincə, hamilə qadınlar təzə kəsilmiş qurban ətindən istifadə etməməlidirlər. Az bişmiş ətdə "toxoplasma gondii” adlı parazit ola bilər.
Ət ən azı 1 gün qalmalıdır. Çünki təzə kəsilmiş əti həzm etmək xeyli çətinləşir və həzm problemi yarada bilər.
HAMİLƏ QADINLAR ÜÇÜN QURBAN ƏTİ XƏBƏRDARLIĞI
- Təzə kəsilmiş qurban əti yeyilməməli, ət bir gün qalmalıdır.
- Əti çox yaxşı bişirmək lazımdır.
- Ət yağlı qovrulmuş və ya qızardılmış kimi yeyilməməlidir.
- Qovurma yerinə qaynama və ya bişmə kimi bişirmə üsullarına üstünlük verilməlidir.
- Ətlə yanaşı həzmi asanlaşdıran qidalar, xüsusilə də bol maye, bol tərəvəz, salatlar daha çox yeyilə bilər.
- Ətin saxlanma şəraiti də çox önəmlidir. Ət uyğun şəraitdə və soyuducuda saxlanmalıdır.
- Ət çıxarıldıqdan və dondurulub əridildikdən sonra bir daha dondurulmamalıdır.
- Hamilə qadınlar gündə 1 porsiya olaraq 100 qram qurban əti yeməlidirlər.
- Hamilə qadınlar su miqdarında diqqətli olmalıdırlar.
- Bayramda südlü desertlər yeyilməli, şərbətli və süni dadlandırıcılı desertlərdən uzaq durulmalıdır.
Aygün
Medicina.az