Pivənin kişilərin sağlamlığı üçün xüsusi təhlükə yaradıldığı məlumdur. Bu içkinin tərkibində fitoestrogenlər - qadın cinsi hormonlarına bənzər bitki birləşmələri var.
Medicina.az xəbər verir ki, uroloq Almaz Rəhimov kişilərə hansı spirtli içkinin potensial üçün ən böyük təhlükə yaratdığını açıqlayıb.
Uroloqun sözlərinə görə, fitoestrogenlər kişi orqanizmində potensialı qorumaq üçün zəruri olan testosteron istehsalını bloklayır.
Eyni zamanda, istənilən spirtli içki sağlamlığa zərərlidir və potensial problemləri yarada bilər. Spirtli içki qəbulu bədəndə sinir sisteminə və beyinə təsir edən dəyişikliklərə səbəb olur ki, bu da nəticədə erektil funksiyaya mənfi təsir göstərir.
Həkim həmçinin spirtli içkinin təhlükəsiz dozasının olmadığını və istənilən miqdarda spirtli içkinin problem yarada biləcəyini vurğuladı.
Aygün Musayeva