Hansı yağda qızdırılanda kanserogen olur?

  • 2025.08.28 21:39
  • 67 Baxış
Hansı yağda qızdırılanda kanserogen olur?

Rafinə edilməmiş günəbaxan yağı qızartmaq üçün uyğun deyil, bu qaydaya məhəl qoymamaq orqanizmə ciddi zərər verə bilər.


“Medicina” xəbər verir ki, dietoloq Lyudmila Mykityuk xəbərdarlıq edib.


O, təmizlənməmiş günəbaxan yağını qızartma yeməklər üçün qəti şəkildə yararsız adlandırıb. Mykityuk vurğulayıb ki, belə yağdan qızardılmış yeməklərin hazırlanmasında istifadə edilməsi onu "orqanizm üçün zəhərli" edir.


Təmizlənməmiş yağların qızdırılması zamanı kanserogenlər yaranır. Onlar isə adından göründüyü kimi xərçəngi tətikləyir.

Qızartmaq üçün hansı yağ daha yaxşıdır. Mikityukun fikrincə, kokos, zeytun, avokado və kərə yağları qızartmaq üçün ən yaxşısıdır.

Onlar yüksək istilik müqavimətinə malikdirlər və qızdırıldıqda kanserogen birləşmələr əmələ gətirmirlər.



Qızartma zamanı yağı necə düzgün istifadə etmək olar? Həkim tavaya yağ tökmək yox, xüsusi sprey başlığı və ya silikon fırçadan istifadə etməyi məsləhət görüb. Bu, onun miqdarını azaltmağa, yeməyi daha az yağlı etməyə imkan verir.

"Rafinəli günəbaxan yağını qızartmaq üçün ciddi şəkildə az miqdarda istifadə etmək lazımdır, çünki tərkibində çoxlu omeqa-6 yağ turşuları var. Onlardan qan qalınlaşır və iltihabi proseslər inkişaf edir. İnsanın immuniteti aşağı düşür, daha tez-tez xəstələnməyə başlayır”.

Aygün Musayeva