Həddən artıq çox su içmək beyində ödem əmələ gətirə bilər

  • 2022.11.10 15:02
  • 696 Baxış
Həddən artıq çox su içmək beyində ödem  əmələ gətirə bilər


Eyni vaxtda həddən artıq çox maye qəbul etmək beyində maye yığılmasına səbəb ola bilər.

"Medicina" xəbər verir ki, həkim uroloq Aleksandr Lubennikov birdəfəyə çox su içməyin beyinə fəsadını bildirib.

"Böyük insan üçün optimal su miqdarı sutkada 1,5-2 litrdir. Əgər sutkada 3 litr və artıq su içilərsə bu orqanizmə fəsad verə bilər.

Bədənə çox miqdarda maye daxil olduqda, elektrolitlər artır, bu da böyrəkləri yükləyir. Onlar normal funksiya göstərə bilmir, əl-ayaqda, üzdə şişkinlik yaranır.

Hətta beyin toxumasına da maye yığıla bilər. Əgər insanın səhhəti zəifdirsə, mayedən təzyiq qalxa, ürəkdə ağrı ola bilər.

Ona görə də yaşlı və xəstə insanlar günə 1 litrdən artıq su içməməlidir".

Aygün Musayeva