Həftənin ən ağır günü və saatı elan edildi

  • 2024.03.14 18:17
  • 790 Baxış
Həftənin ən ağır günü və saatı  elan edildi

Bazar ertəsi ağır gündür fikri elmi olaraq sübutunu tapmayıb.

“Medicina” xəbər verir ki, sosioloq Qrem Uotersin rəhbərliyi ilə alimlər ofis işçiləri üçün həftənin ən ağır gününü araşdırıblar.


Sorğular göstərib ki, fiziki və emosional baxımdan işçilər üçün ən ağır gün çərşənbə axşamı,2 –ci gündür.


Çərşənbə axşamı saat 11: 45 ən gərgin saatdır, bu zaman işçilər çox gərginlik keçirir.

Rəyi soruşulanların 53%-i bunu onunla əsaslandırıb ki, bazar günündən sonrakı ilk iş günündə vaxtlarını hər şeyə sərf edirlər və vəzifələrini yetərincə icra etmirlər.

Əvəzinə ikinci gün hər şey üst-üstə gəlir, tələblər, çatdırmamaq, gərginlik pik həddə çatır.

Ən stresli gün ikinci gün, nahara 1 saat qalmış vaxtdır. Artıq bu gün biz əsl iş gərginliyinə yüklənirik.

“Biz hətta yeməkdən də imtina edirik, fasiləyə çıxmırıq, başa düşürük ki, bu gün işə başlamasaq, sabah daha çətin olacaq”.

Çox ofis işçiləri məhz 2-ci gün ofisi gec tərk edir. Belə rejim və stresli iş orqanizmi tükədir.

Psixi və emosional gərginlik həzm sistemini sıradan çıxarır. Alimlər bu günlərdə daha çox təmiz su içməyi tövsiyə edir.

Çalışın iş yükünü və vaxtını günlər üzrə bərabər böləsiz.

Aygün Musayeva