Dr. MƏZAHİR QULİYEV


0503234505 Qəbula Yazıl Həkimin bütün yazıları


dr-mezahir-quliyev
Dr. MƏZAHİR QULİYEV

Həkim Otorinolarinqoloq



Tibb Elmləri Üzrə Fəlsəfə Doktoru



İş Yeri, vəzifəsi:
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri ​​Təkmilləşdirmə İnstitutu. Otorinolarinqologiya Kafedrasının Assistenti

Təhsili:


1993-2000
Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi.


2000-2001
F. Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası, Qulaq-bu ​ run-boğaz xəstəlikləri şöbəsi, İnternatura


2003-2004
Yaroslavl tibb akademiyasının plastik və rekonstruktiv cərrahiyə şöbəsində prof. Pşenisnovun rəhbərliyi altında plastik cərrahiyə, prof. Kozlovun rəhbərliyi altında Mikroskopik və Endoskopik Sinus Cərrahiyyəsi üzrə kurslar.

2007-ci ildəTürkiyə, Ankara şəhərində Ankara Egitim Araştırma Hastanesi, 1 aylıq təcrübə.

2011 Almaniyanın Herford, Münxen və Shtutqart şəhər klinikalarında ​ ​3 aylıq Qulaq-burun-boğaz və Plastik cərrahiyə sahəsində elmi- ​ ​praktiki təcrübə


2014
“22 th STUTTGART, Advanced Course for Funktional and ​ ​ ​ Aesthetic Rhinoplasty” kurs, Almaniya prof.Wolfgang Gubish.



İŞ TƏCRÜBƏSİ:


2002-2003 2 saylı Bakı şəhər Poliklinikas, Qulaq-burun-boğaz həkimi


2002-2016
Akad.M.Mirqasımov adına RKX Otorinolarinqologiya şöbəsi, Qulaq-burun-boğaz həkimi


2016
-cı ildən indiyə kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutu Otorinolarinqologiya Kafedrasının
Assistentti


    Müxtəlif zamanlarda Türkiyə, Rusiya, İtaliya və Almaniyanın bir çox məhşur klinikalarında Qulaq, Burun, Boğaz ixtisası üzrə, eləcə də Mikroendoskopik cərrahiyyə və Lazer cərrahiyyəsi, Funksional və Estetik cərrahiyyə üzrə elmi-praktik təcrübə keçmişdir.
Türk Kulak Burun Bogaz və Baş Boyun Cərrahiyəsi dərnəyinin, Türk Fassial Plastik Cərrahiyə dərnəyinin, Türk Rinoloji dərnəyinin, Avropa Fassial Plastik cərrahiyə dərnəyinin üzvüdür.


    Əsas elmi və tibbi fəaliyyəti Burun və Burun ətrafı ciblərin patologiyaları, Funksional Endoskopik Sinus Cərrahiyyəsi, Rinoplastika əməliyyatları, qulaq-burun-boğaz xəstəliklərinin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunmuşdur.


    10 fevral 2016-cı il tarixdə Azərbaycan respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən Tibb Üzrə Fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir. 9 müxtəlif alət üzrə Patentin müəllifidir.
Apardığı tədqiqatların nəticələri bir çox beynəlxalq və yerli elmi konfranslarda məruzəçi kimi çıxış etmişdir. Yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 20-dən artıq elmi çap işinin müəllifidir.


2018-ci ildə Azərbaycanda beynəlxalq iştirakçılarla təşkil edilmiş ilk Bakı Rinoplastika Günləri (Baku Rhinoplasty days) konfransının təşkilat komitəsinin üzvü, eləcə də konfransda iclas sədri olmuşdur.

Azərbaycanda Qeyri Hökumət təşkilatı olaraq “Rinologiyanın İnkişafına Dəstək” ictimai birliyinin təsisçisi və sədridir.


E-mail: [email protected]