Azərbaycan tibbində İLK - Meyit üzərində kurs - VİDEO

  • 2023.12.18 14:32
  • 1730 Baxış
Azərbaycan tibbində İLK -  Meyit üzərində kurs - VİDEO
15-16 dekabr tarixlərində Azərbaycan Estetik Təbabət Assosiasiyasının (AETA) və onun Anatomiya lahiyəsi olan İCA (İnternational Cadaver Academy), Azərbaycan Rinoloqlar cəmiyyəti, Azərbaycan Otorinolarinqologiya cəmiyyəti və Türkiyənin Uluslararası Sağlık Egitimi Araştırmalar Derneğinin (USEAD) birgə kadavra (meyit) diseksiya kursu keçirilib.

Bu kursda iştirakçılar Rinoplastika, FESC (Funksional Endoskopik Sinus Cərrahiyyəsi) və Qulaq Cərrahiyyəsi (Otoplastika, Mirinqotomiya, Timpanostomiya, tip Timpanoplastika, Stapedektomiya, Stapedoplastika və s) üzrə nəzəri və praktiki biliklər əldə ediblər.


Kursla bağlı Medicina.az -a danışan tanınmış rinoplastik cərrah, LOR həkim Məzahir Quliyev deyib ki, Azərbaycan otorolorinqoliyası tarixində əlamətdar hadisə baş verib.

Otolorinqologiya, qulaq-burun-boğaz sahəsində həm rinoplastika, həm endoskopik sinus cərrahiyyəsi (ESC), həm də qulaq cərrahiyyəsi üzrə meyit (kadavra) üzərində kurs verilib:
“Azərbaycan tarixində bir ilkə imza atıldı. Yerli və beynəlxalq məsləkdaşlarımıza kadavra üzrə kurs keçirilməsinə başlandı. Bu kursda kadavra ilə özləri işləyə bilirlər, həm də rezidentlərimiz onları izləyə bilir. Kursa Türkiyədən professor Selim Erbeki dəvət etmişik.

29-sentyabr - 1 oktyabr tarixlərində Ankarada ilk dəfə Azərbaycanlı, eyni zamanda Özbəkistandan qatılmış həkimlərə bu formatda kurs verdik. Budəfəki isə eyni formatda ikinci dəfə keçirilsə də, Azərbaycanda ilk oldu. Bu kurslarda burun estetikası, eyni zamanda, qulaqla bağlı xəstəliklərlə bağlı məlumat verildi”.


Türkiyəli professor Selim Erbeki kursun əhəmiyyətindən danışıb:

“Kadavra kursları tibb təhsilinin olduqca önəmli parçasıdır. Bu anlamda təşkilatçı İnternational Kadavra Akademiyasına, dərnəklərə, bu imkanı yaradan hər kəsə təşəkkür edirəm. Kursa qatılanların meyit üzərində rinoplastika əməliyyatı etməsinə şərait yaradıldı.

Ayrıca olaraq, qulaqla əlaqədar xəstəlik və estetik problemlərin aradan qaldırılması ilə bağlı kurs keçirildi”.

Daha ətraflı videoda:




Aygün Musayeva
Medicina.az