Burunda "qabırğa əməliyyatı" - Ağız və Üz-Çənə Cərrahları öz təcrübələrini bölüşdülər - VİDEO

  • 2023.10.16 11:28
  • 8583 Baxış
Burunda "qabırğa əməliyyatı" -  Ağız və Üz-Çənə Cərrahları öz təcrübələrini bölüşdülər - VİDEO
Xəbər verdiyimiz kimi, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Elmi-Praktik Konqresi keçirilib.

Medicina.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirə 30-a yaxın ölkədən 50-dən çox dünyaca məşhur məruzəçi və 1000 nəfərə qədər iştirakçı qatılıb.

Konfransda məruzəçilərdən biri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya (qulaq, burun- boğaz) Kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri Məzahir Quliyev olub.


O, çıxışında Revizyon Rinoplastika haqqında öz təcrübələrini bölüşüb, metodikalarını vdeomateriallarla təqdim edib. Bildirib ki, burunda əvvəlki əməliyyatdan sonra hansısa problemlər yaranırsa, həm estetik, həm funksional qüsurlar meydana gəlirsə, qabırğa qığırdağından istifadə edərək o problemləri aradan qaldırır. Dəfələrlə belə uğurlu əməliyyatlar həyata keçirdiyini söyləyən Məzahir Quliyev təqdim etdiyi videolarla təcrübəsini məsləkdaşları ilə bölüşüb. Onun fikrincə, rinoplastika əməliyyatlarının icrası zamanı təkcə estetik problemlər deyil, funksional problemlər də nəzərə alınmalıdır. M.Quliyevin məruzəsi maraqla qarşılanıb.



Elnur
Medicina.az