Tanınmış plastik cərrah Türkiyədə mühüm toplantıya qatıldı

  • 2023.12.08 11:16
  • 1569 Baxış
Tanınmış plastik cərrah Türkiyədə  mühüm toplantıya qatıldı
Tanınmış rinoplastik cərrah, LOR həkim Məzahir Quliyev Türkiyədə beynəlxalq konfransda iştirak edir.

Bu barədə Medicina.az saytına həkimin özü məlumat verib:


“Türkiyənin İzmir şəhərində 8-10 dekabr tarixlərində 17-ci Üz-plastik Cərrahiyyə Dərnəyi toplantısına dəvəti üçün YPCD başkanı Prof. Dr.Fazıl Apaydına təşəkkür edirəm. Digər hocalarımız və məsləkdaşlarımızla öz təcrübələrimizi bölüşmə, paylaşma imkanı olacaq. Bu baxımdan toplantının büyük əhəmiyyəti var”.

Modern Tibbdə populyar olan Piezo texnikası ilə həyata keçirilən Rinoplastika və ya Piezorinoplastika əməliyyatı üçün təklif etdiyi öz metodikasını təqdim edəcəyini söyləyən doktor Məzahir Quliyev bu metod üçün istifadə etdiyi alətə patent verildiyini də qeyd edib.


Aygün