Çobanyastığı çayı təkcə bizi isitmir, həm də sağlamlığımız üçün bir çox faydalar təqdim edir.
Medicina.az xəbər verir ki, çobanyastığı çayı son vaxtlar sağlamlığa faydalarına görə hər kəs tərəfindən içilən bir içkiyə çevrilib.
Çobanyastığı çayı illərdir rahatlaşdırıcı təsiri ilə tanınır, lakin faydaları bununla bitmir.
Araşdırmalar göstərir ki, çobanyastığı çayı həzm sistemini sakitləşdirir, yuxuya keçidi asanlaşdırır və stresslə mübarizədə çox təsirlidir.
Xüsusilə yuxusuzluqdan əziyyət çəkənlər üçün təbii alternativ olaraq seçilir.
Çobanyastığı çayı mədə ağrılarına da yaxşı gəlir.
Ağır yeməkdən sonra bir stəkan çobanyastığı çayı içmək mədəyi sakitləşdirə bilər.
Unutmayın ki, təbii üsullarla şəfa axtararkən hər şeyin ölçülü olması vacibdir. Xüsusilə xroniki xəstəlikləriniz varsa, həkimlə məsləhətləşdikdən sonra içə bilərsiniz.
Aygün
Medicina.az