Mütəxəssislər hər səhər acqarına bir qaşıq sarımsaqlı bal yeməyin bədən sağlamlığına çox müsbət təsir etdiyini bildirir.
Medicina.az bu möcüzə qarışığın faydalarını təqdim edir:
Təbii antibiotik kimi tanınan sarımsaq ilə dərdə dərman olan bal bir araya gəldikdə sağlamlıq "xəzinəsi"nə çevrilir.
Alternativ tibb mütəxəssisləri tərəfindən son illərdə tövsiyə edilən bu qarışım immunitet sistemini gücləndirməkdən həzmi tənzimləməyə qədər bir çox faydalar təmin edir.
İmmunitet sistemini gücləndirir
Sarımsağın tərkibində olan allisin maddəsi orqanizmi infeksiyalara qarşı qoruyur; Bal tərkibindəki təbii antioksidanlar sayəsində immunitet sistemini dəstəkləyir.
Ürək sağlamlığını dəstəkləyir
Bu güclü ikili pis xolesterolu (LDL) azaltmağa və qan təzyiqini balanslaşdırmağa kömək edə bilər. Müntəzəm olaraq yeyildikdə, ürək-damar xəstəlikləri riskini azalda bilər.
Həzm sisteminə kömək edir
Səhərlər acqarına sarımsaqlı bal yemək bağırsaqların nizamlı işləməsini dəstəkləyir və qaz, şişkinlik kimi problemlərin qarşısını alar.
Enerji verir
Tərkibində təbii şəkər olan bal günə enerjili başlamanıza kömək edir. Sarımsaq orqanizmdə maddələr mübadiləsini canlandıraraq canlılıq verir.
Detoks effekti yaradır
Bu qarışım bədəndən toksinlərin çıxarılmasına kömək edir və qaraciyəri təmizləyie.
Necə hazırlanır?
3-4 əzilmiş sarımsağı bir stəkan təbii bal ilə qarışdırıb şüşə qabda saxlaya bilərsiniz. Qarışımdan hər səhər acqarına bir çay qaşığı qəbul etməyiniz tövsiyə olunur.
Aygün
Medicina.az