Hər gün yaşıl çay içmək qaraciyərin sağlamlığını qorumağa kömək edə bilər.
Medicina.az xəbər verir ki, yaşıl çayın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı və zərərli təsirləri azaltmağa, qaraciyərdə yağ toplanmasının qarşısını almağa dəstək ola bilər.
Araşdırmalara görə, müntəzəm yaşıl çay içən bəzi insanlarda qaraciyərin fəaliyyətini göstərən göstəricilərdə yaxşılaşma müşahidə olunub. Mütəxəssislər gündə 3-4 fincan yaşıl çayın faydalı ola biləcəyini qeyd edirlər.
Bununla belə, yaşıl çay qaraciyər xəstəliklərini müalicə edən vasitə deyil. Sağlam qidalanma, hərəkətli həyat və düzgün vərdişlər qaraciyəri qorumağın əsas yollarıdır.
Xanım,
Medicina.az