Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər qadının geyinmədiyi ən azı 22 artıq paltarı var

  • 2025.06.07 09:40
  • 155 Baxış
Hər qadının geyinmədiyi ən azı 22 artıq paltarı var


Hər qadının əlavə paltarları var. Orta statistik qadının qarderobunda onun geyinmədiyi 22 paltar ola bilər.

“Medicina” xəbər verir ki, İngilis sosioloqlarının apardığı araşdırmasına görə, qadınlar heç vaxt geyinməyəcəkləri ümumi dəyəri 1,6 milyard funt-sterlinq olan 500 milyon paltar alıblar.


Əslində bu, küləyə, zibilə atılan puldur. Bütün bu koftalar, ətəklər, paltarlar və xalatlar bir zolaqda düzülsəydi, 25 min kilometr uzanardı. Bu, London və Nyu York arasındakı məsafədən dörd yarım dəfə çoxdur.

Qadınlar milyonlarla lazımsız şeyləri aldılar. Mağazalar, brendlər endirim elan edəndə, paltarlar pula qənaət etmək kimi görünsə də, bir müddət sonra tamamilə lazımsız olduğu ortaya çıxır.

Bəzi xanımlar arıqlamaq üçün stimul olaraq bahalı dizayner əşyaları alırdılar.

Sürətli və lazımsız şopinq qarderoblarda lazımsız paltarların yığılmasının əsas səbəbidir. Bunu sorğuda iştirak edən zərif cinsin nümayəndələrinin 45%-i bildirib.

Eyni "lazımsız" şeylər, orta hesabla, şkafların 5% -ni tutsa da, hər səkkiz qadından yalnız biri onlardan qurtulmaq üçün cəsarət tapır. Hər doqquzuncu qadın şkafını üç ildən bir təmizlədiyini və hər əllidən birinin bu günü ən azı on il təxirə saldığını söylədi.

Bununla belə, qadınların 88%-i şkaf və qarderobundan geyinmədiyi lazımsız əşyaları ya tamamilə, ya da qismən çıxartmır.

Respondentlərin 50%-i bildirib ki, bir dəfə bu əşyaların alınmasına pul xərclədikləri üçün günahkarlıq hissi buna mane olur. Digər 41% isə arıqlamağa ümid edir ki, onlar lazımsız paltarlarına yenidən uyğunlaşa bilsinlər.


Aygün Musayeva