Həddindən artıq çox yeməkdən ağırlıq, həzmsizlik, köp və ürək infarktı.
Bunlar bəzən qarışdırılır. Amma istənilən halda, həkim çağırmaq lazımdır.
“Medicina” xəbər verir ki, ağır yeməklərdən sonra, toyda, məclisdə əsasən kişilər ürəkdə ağrıdan şikayət edə bilər.
Mədədə ağırlıq, baş ağrısı, zəiflik, yorğunluq və hətta sinə nahiyəsində sıxılma hissi kimi kiçik bir narahatlıq infarktla oxşardır.
İnsanın insult keçirdiyini necə bilmək olar?
- Üz və ya bir hissəsi hərəkət qabiliyyətini itirib. Sanki bir qədər “aşağı düşüb”
- Bir qolu digərindən nəzərəçarpacaq dərəcədə zəifdir, hər iki qolunu qarşısında qaldıra bilməz.
- Ayaqlar da zəifləyib, yeriş qeyri-sabit olub.
- nitq pozulur, dil çaşqındır.
- Bir gözdə tam və ya qismən görmə itkisi.
Təcili yardım nə qədər tez çağırılsa, sağalma şansı bir o qədər yüksəkdir.
Ürək böhranını necə tanımaq olar?
- Döş qəfəsində daimi, aramsız ağrılar, elə hansısa ağır yük qoyulub. Ağrı boyuna, çənəyə və ya aşağıya qollara yayılır.
- Nəfəs almaqda çətinlik, tərləmənin artması, başgicəllənmə, dəri toxunanda soyuqlaşır.
- Bəzən qusmaq istəyi olur.
Dərhal təcili yardım çağırın və gələnə qədər xəstəni üfüqi vəziyyətdə qoyun və qalxmasına icazə verməyin. Hər hansı bir ürək dərmanı qəbul edərsə, ona verə bilərsiniz.
Aygün Musayeva