İranın cənub-qərbindəki Xuzistan əyalətində qum fırtınası səbəbindən son 24 saat ərzində 802 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Medicina.az xəbər verir ki, İranda qum fırtınası gündəlik həyata mənfi təsir etməklə yanaşı, ürək və tənəffüs yolları xəstəliklərinə də səbəb olub.
Əhvaz Cündişapur Tibb Elmləri Universitetinin vitse-prezidenti doktor Meysem Muazi mövzu ilə bağlı açıqlama verib.
Qum fırtınası səbəbiylə son 24 saatda ürək və tənəffüs problemlərindən əziyyət çəkən 802 nəfərin xəstəxanalara müraciət etdiyini bildirən Muazi, "Bu adamlardan 92-si xəstəxanaya yerləşdirilib, digərləri isə müalicələrinin ardından evə buraxılıb", deyib.
Muazi yerli əhaliyə xəbərdarlıq edərək onları, xüsusən də uşaqları, hamilə qadınları, qocaları və tənəffüs yolu xəstəlikləri olanları mümkün qədər evdə qalmağa çağırıb.
Xuzistan Meteorologiya Xidməti qum fırtınasının İraqdan qaynaqlandığını və “qırmızı xəbərdarlıq” elan edərək, havanın insanların sağlamlığı üçün təhlükəli olduğunu bildirib.
Aygün
Medicina.az