Rusiyada emosional tükənmiş insanlar üçün əlavə ödənişli məzuniyyət qaydası qüvvəyə minə bilər.
"Medicina" xəbər verir ki, .emosional tükənmişlik hələ 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən xəstəlik kimi tanınıb. Həmin vaxt ÜST tükənmişliyi Xəstəliklərin Beynəlxalq Təsnifatına (ICD-11 - International Classification of Diseases) da daxil edib.
Daha çox karyera yolunda fasiləsiz işləyən, ağır işdə çalışanlar və peşələri stresli olan insanlarda daimi yorğunluq hissi, aşağı konsentrasiya (diqqətin azalması), əsəbilik, həmçinin özünü işə həvəsləndirmək qabiliyyətinin azalması kimi özünü göstərir.
Vaxtında qarşısı alınmasa emosional tükənmə daha da pisləşə bilər və depressiv epizodların təzahürü də daxil olmaqla, digər mənfi psixi və fiziki nəticələrə səbəb ola bilər.
Risk qrupuna təcili yardım həkimləri, reanimatoloqlar, hospis və qocalar evinin işçiləri, uşaqlara xüsusi tibbi yardım həkimləri və bəzi İT mütəxəssisləri daxildir.
Bu risk qrupu müəyyən edilib, ildə 2 dəfə xüsusi testlərdən keçirilib, ehtiyac olarsa, maaşı saxlanılmaqla 2 həftədən 1 aya qədər məzuniyyətə göndərilə bilər.
Aygün Musayeva