İspaniyada isti hava dalğası səbəbindən may ayında rekord sayda istidən ölüm halı qeydə alınıb.
Həddindən artıq isti hava yaydan əvvəl rekord sayda 101 ölüm hadisəsinə səbəb oldu. Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, hər gün sağlamlıq riski artır.
Medicina.az xəbər verir ki, may ayında qeyri-adi yüksək temperatur, hətta meteoroloji yay başlamazdan əvvəl İspaniyada rekord sayda istidən ölüm hadisəsinə səbəb oldu.
Gündəlik Ölüm Monitorinq Sisteminin (MoMo) hesablamalarına görə, ötən ay istidən 101 ölüm hadisəsi qeydə alınıb ki, bu da 2015-ci ildə məlumatların toplanmasına başlandığından bəri may ayı üçün ən yüksək rəqəmdir.
Bu rəqəm son 10 ildə may ayında qeydə alınan istidən ölüm hallarının orta sayından 3,6 dəfə çoxdur .
"Problem yalnız istiləşməkdə deyil, həm də daha tez gəlməsində və bədənimizin uyğunlaşmağa vaxtının olmamasındadır. Fizioloji adaptasiya çatışmazlığını görürük və insanlar bunun yaratdığı risklərdən xəbərsizdirlər", - deyə səhiyyə naziri Monika Qarsiya deyib.
Xəbərdarlıq ekstremal hava hadisələrinin artan tezliyi fonunda gəlir. Səhiyyə Nazirliyinin hesablamalarına görə, sağlamlıq üçün təhlükəli hesab edilən həddən yuxarı hər dərəcə üçün ölüm riski 9,1-10,7% artır.
MoMo sistemi 2015-ci ildən 2025-ci ilə qədər 27.564 ölüm hadisəsinin istidən qaynaqlandığını təxmin edir.
Aygün Musayeva