Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havada su içməyin qaydaları – Hansı saatda, hansı miqdarda?

  • 2025.07.14 09:29
  • 201 Baxış
İsti havada su içməyin  qaydaları  – Hansı saatda, hansı miqdarda?

35 dərəcə və daha yüksək temperatur bədəndə ciddi susuzlaşmaya səbəb ola bilər. Bu zaman qanın damarlarla bütün orqanlara çatması və ürəyin artıq yükə düşməməsi üçün suya, oksigenə ehtiyac var.


“Medicina” xəbər verir ki, Rospotrebnadzorun tövsiyələrinə görə, gündə orta hesabla 2,5 litr qida və maye ilə insan orqanizminə su daxil olmalıdır.

Yüksək temperaturda bu tövsiyə gündə 3litrə qədər artır.


Əgər işiniz fiziki güclə bağlıdırsa,3 litr içmək lazımdır. Açıq havada aparılırsa - 4,5 litr.


Orta hesabla, Rospotrebnadzorun göstərdiyi kimi, havanın temperaturu +20 ° C-dən yuxarı olduqda, bədən hər 1-2 saatdan bir 100-200 ml maye qəbul etməlidir.

İstisnalar böyrək və ya ürək xəstəliyi olan xəstələr üçündür. Onlar həkimin göstərişlərinə əməl etməlidirlər.

Hansı mayeləri necə qəbul etməli?

adi qaynadılmış su (çay, qəhvə, kola və xüsusilə spirtsiz);
isti deyil, soyuq deyil, otaq temperaturu;
ən azı 1-2 saatda bir dəfə, hətta susuzluq olmasa da;
Bir dəfəyə yarım stəkan (100 ml) içmək

Aygün Musayeva