İstilər ana bətnindəki körpəyə belə təsir edir

  • 2026.07.09 23:09
  • 267 Baxış
İstilər ana bətnindəki körpəyə belə təsir edir

Yay aylarında yüksək temperatur hamilə qadınlar üçün risk yarada bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislər xüsusilə hamiləliyin ilk 12 həftəsində bədənin həddindən artıq qızmasından qorunmağın vacib olduğunu bildirir.

Güclü istilər zamanı ananın orqanizmində yaranan dəyişikliklər körpəyə gedən qan və qida maddələrinin azalmasına səbəb ola bilər. Bu isə dölün inkişafına mənfi təsir göstərə bilər.

Həkimlər hamilələrə isti saatlarda günəş altında qalmamağı, kifayət qədər su içməyi, yüngül geyimlər geyinməyi və sərin yerlərdə olmağı məsləhət görür.

İstidən yaranan halsızlığın əsas əlamətləri isə baş ağrısı, başgicəllənmə, həddindən artıq tərləmə, susuzluq və əzələ ağrılarıdır. Bu əlamətlər olduqda vaxtında tədbir görmək vacibdir.

Xanım,
Medicina.az