Kahını həftələrlə təzə saxlamağın sadə üsulu

  • 2026.08.03 12:03
  • 115 Baxış
Kahını həftələrlə təzə saxlamağın sadə üsulu

Kahının soyuducuda cəmi bir neçə günə solmasının qarşısını almaq üçün sadə üsul təklif olunub.

Medicina.az xəbər verir ki, britaniyalı bloger Vendi Qrehem kahını kök hissəsi ilə birlikdə içərisində soyuq su olan stəkana və ya kiçik qaba yerləşdirməyi tövsiyə edir.

Yarpaqlar suya dəyməməli, su isə hər 1–2 gündən bir dəyişdirilməlidir.

Bu üsul kahının kök hissəsindən su qəbul etməsinə kömək edir və onun təravətini daha uzun müddət qoruyur. Kahının növündən və ilkin təzəliyindən asılı olaraq, bu üsulla onu 1–3 həftə ərzində yaşıl və xırtıldayan saxlamaq mümkündür.

Xanım,
Medicina.az