Kalsium dərmanları ürək üçün zərərlidir?

  • 2026.06.05 19:32
  • 111 Baxış
Kalsium dərmanları ürək üçün zərərlidir?


Milyonlarla insan sümüklərini gücləndirmək üçün kalsium əlavələri qəbul edir. Bəs onlar ürək-damar sistemi üçün xüsusi bir risk yarada bilərmi?

Medicina.az xəbər verir ki, alimlər bu mineralın sümük sağlamlığı üçün həyati əhəmiyyəti barədə məlumat verdikcə, kalsium əlavələrinin populyarlığı daim artır.

Yaşlı insanlarda sümüklərin mineral sıxlığı zəifləyir, buna görə də onlar özlərini bu əlavələrlə yıxılmalardan və sınıqlardan qorumalıdırlar. İndi yeni bir araşdırma aşkar edib ki, ürək xəstəliyi olan yaşlı insanlar bu əlavələri qəbul edərsə, hər hansı bir səbəbdən vaxtından əvvəl ölmə ehtimalı üçdə bir dəfə yüksəlir.

Aorta stenozu ürək qapağı vərəqlərində - bu klapanları açan və bağlayan zərif toxumada - kalsium çöküntüləri ilə xarakterizə olunan bir vəziyyətdir. Daha çox kalsium toplandıqca, ürəyin qanla düzgün doldurulmasını və bu qanın bədən boyunca axmasını pozur.
Klivlend Klinikasının tədqiqatçıları aorta stenozu olan təxminən 2650 insanı izləyiblər.

Onlar D vitamini ilə və ya olmadan kalsium qəbul etməyin, kalsium qəbul etməyənlərlə müqayisədə ürək xəstəliyindən ölüm riskini təxminən ikiqat artırdığını aşkar ediblər.

Bundan əlavə, bu xəstələrin klapan dəyişdirmə əməliyyatına ehtiyac duyma ehtimalı 48%, hər hansı bir səbəbdən ölmə ehtimalı isə 31% daha yüksək olub. Son illərdə bir sıra tədqiqatlar kalsium əlavəsi tövsiyələrinin təhlükəsizliyini şübhə altına alıb. 2019-cu ildə Massaçusets ştatındakı Tufts Universitetinin alimləri 27.000-dən çox amerikalıların tibbi qeydlərinin təhlilinə əsaslanaraq, yüksək kalsium qəbulu ilə xərçəng arasında əlaqə aşkar ediblər.


Aygün Musayeva