Kərə yağı hamı tərəfindən soyuducuda saxlanılır.
Lakin məlum olub ki, səhər yeməyi süfrələrindən tutmuş yeməklərə qədər hər şeyə özünəməxsus ləzzət qatan kərə yağı, soyuducuda saxlanmamalıdır.
Medicina.az xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalar nəticəsində digər süd məhsulları ilə müqayisədə davamlılığı yüksək olduğu üçün soyuducuda saxlamaq düzgün seçim deyil.
Dietoloqlar deyirlər ki, illərdir soyuducuda saxlanılan kərə yağı, doğru şərtlər yerinə yetirildikdə, əslində otaq temperaturunda təhlükəsiz şəkildə saxlanıla bilər. Üstəlik, bu üsul kərə yağından istifadəni asanlaşdırır.
Mütəxəssislərin fikrincə, kərə yağı digər süd məhsullarından ən böyük fərqi onun yüksək yağlılığı və aşağı nəmliyidir. Bu xüsusiyyət bakteriyaların böyüməsi üçün uyğun mühitin qarşısını alır.
Hava keçirməyən qablarda saxlanılan kərə yağı xarab olmadan iki həftəyə qədər otaq temperaturunda qala bilir.
Kərə yağını otaq temperaturunda saxlamaq istəyənlər üçün ən vacib detal qab seçimidir. Mütəxəssislər vurğulayırlar ki, açıq yerdə qalan və ya açıq qablarda saxlanılan kərə yağı hava və işığa məruz qaldıqda tez xarab olur.
Bu səbəbdən qapaqlı, hava keçirməyən qablar və ya ənənəvi kərə yağı qabları ideal saxlama həlləri kimi seçilir.
Ancaq eyni saxlama şərtləri hər mövsümdə tətbiq edilmir. Mütəxəssislər xatırladır ki, yay aylarında temperatur 21°C-dən yuxarı qalxanda kərə yağını otaq temperaturunda saxlamaq risklidir. Bu hallarda ən sağlam üsul məhsulu yenidən soyuducuya qoymaqdır.
Aygün
BakuPost