Kiflənmiş meyvəni kəsib yemək təhlükəlidir

  • 2026.07.23 14:01
  • 111 Baxış
Kiflənmiş meyvəni kəsib yemək  təhlükəlidir

Kiflənmiş meyvə və tərəvəzlərin yalnız xarab hissəsini kəsib qalanını yemək çoxlarının etdiyi vərdişdir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bəzi kiflər gözlə görünməyən zərərli toksinlər yarada bilər.

Medicina.az xəbər verir ki, kif qida məhsulunun içinə yayıla bildiyi üçün sadəcə görünən hissəni çıxarmaq həmişə kifayət etmir.

Belə qidalar həzm problemləri, allergik reaksiyalar və nadir hallarda digər sağlamlıq problemləri yarada bilər.

Xüsusilə çiyələk, moruq, böyürtkən kimi yumşaq meyvələr kifləndikdə bütöv şəkildə atılmalıdır. Bərk meyvə və tərəvəzlərdə isə zədələnmiş hissəni geniş şəkildə kəsib çıxarmaq bəzən mümkün ola bilər.

Xanım,
Medicina.az