Çində bir kişi hər gün çirkli corablarını iyləyəndən sonra göbələk pnevmoniyası ilə xəstəxanaya yerləşdirilib.
“Medicina” xəbər verir ki, xəstə öskürək, təngnəfəslik və halsızlıq şikayətləri ilə tibb müəssisəsinə daxil olub. Həkimlər ona göbələk pnevmoniyası diaqnozu qoyublar. Səbəbini araşdırdıqda kişi onun pis vərdişi olduğunu etiraf edib, ki hər gün çirkli corablarını iyləyirdi.
Onun corabları laboratoriyaya göndərilib və aşkar edilib ki, xəstəliyə səbəb olan Aspergillus göbələkləri corablardadır.
Xəstəyə dərman müalicəsi və inhalyasiya təyin edildi. Həkimlər onun iylədiyi corablarda da tər, duz, qızılı stafilokok və digər bakteriyalar aşkar ediblər.
Onlar qeyd ediblər ki, corablar uzun müddət geyinildikdə, bu mühit göbələklərin çoxalması üçün ideal olur və onlar aşağı tənəffüs yollarına daxil olduqda, immunitetin ümumi azalması ilə pnevmoniyaya səbəb ola bilər.
Aygün Musayeva