Kişilər üçün şəffaf plastik ayaqqabı çıxdı

  • 2026.07.01 17:36
  • 96 Baxış
Kişilər üçün şəffaf plastik ayaqqabı    çıxdı

Şəffaf kişi ayaqqabıları Paris Moda Həftəsində (Fransa) xüsusi diqqət çəkib.


Medicina.az xəbər verir ki, Saint Laurent dizaynerləri tərəfindən yaradılan plastik ayaqqabılar demək olar ki, hər kəs tərəfindən tənqid olunub.

Moda biliciləri kişi ayaqlarının şəffaf ayaqqabılarda özünü göstərmək üçün estetik cəhətdən xoş olmadığı barədə zarafat etməyə başlayıblar. Ayaqqabıların tərləməsi və xoşagəlməz qoxular haqqında da zarafatlar edilib. Lakin Saint Laurent kolleksiyası əsas məqsədinə çatdı, insanları danışdırdı. Yüksək moda güclü emosiyalar oyada bilər.

Aygün Musayeva