Kivi həm dəri, həm də saç üçün çox faydalı bir meyvədir. Tərkibində kalium, karbohidratlar, natrium, kalsium və dəmir mineralları, eləcə də A, C, D, B12 və B6 vitaminləri var.
Medicina.az xəbər verir ki, Merilend Universiteti Tibb Mərkəzi bildirir ki, E vitamini qırışları azalda bilən vitaminlərdən biridir.
Yüksək C vitamini tərkibinə malik kivi bədənin kollagen istehsalını artırır. Kollagen istehsalı dərinin elastikliyini itirməsinə səbəb olan yaşlanma əlamətləri ilə mübarizə aparır.
Bundan əlavə, tərkibindəki C vitamini ekstraktları sayəsində kivi dərini cavanlaşdırır, həm də zədələnmiş hüceyrələri bərpa edir.
Kivi eyni miqdarda portağaldan daha çox C vitamini ehtiva edir.
Dəridə C vitamininin digər bir funksiyası quruluğun qarşısını almaq və dərini sərbəst radikalların yaratdığı zərərdən qorumaqdır.
Zəngin antioksidan tərkibli kivi qocalmanı gecikdirən meyvələr arasındadır.
Antioksidantların funksiyalarından biri bədəndəki sərbəst radikalları neytrallaşdırmaq və dərinin elastikliyini, möhkəmliyini və teksturasını qorumaqdır.
Kivi çox miqdarda amin turşusu ehtiva edir və bu xüsusiyyəti ilə dərini günəşin zərərli şüalarından və zərərlərindən qoruyur.
Kivi təbii iltihab əleyhinə vasitədir. Məsamələri təmizləyir və sızanaqlarla mübarizə aparır. Sızanaqlardan qurtulmaq üçün kivi maskası tətbiq edə bilərsiniz.
Zəngin lif və antioksidant tərkibli kivi təbii işlədici vasitədir.
Kivinin müntəzəm istehlakı bədəni toksinlərdən təmizləməyə kömək edir və sizə sağlam, parlaq dəri bəxş edir.
E vitamini məsələsinə gəldikdə, saçları görməzdən gəlmək olmaz.
Kivi, xüsusən də qabığı istifadə edildikdə, saçların uzanmasını və bərpasını dəstəkləyən bir meyvədir.
Onu ya yeməklə, ya da maska hazırlamaqla tətbiq etmək olar..
Aygün
Medicina.az