Uşaqların süd, əlavə qida və ya meyvə şirəsi olan butulka ilə yatızdırılması erkən yaş dövründə diş çürüməsi riskini artırır.
Medicina.az xəbər verir ki, türkiyəli mütəxəsis Prof. Dr. Gamze Aren xüsusilə süd və qida qarışıqları gecə boyu körpənin ağzında qaldıqda diş səthində bakteriyalar artır və çürüməyə səbəb ola bilər bildirib.
Mütəxəssisin sözlərinə görə, yuxu zamanı tüpürcək ifrazı azaldığı üçün ağızın özünü təmizləmə mexanizmi zəifləyir. Bu səbəbdən körpələr qidalandıqdan sonra dişləri təmizlənmədən yatızdırılmamalıdır.
Həkimlər ilk süd dişi çıxan andan etibarən ağız baxımına başlamağı, dişləri gündə iki dəfə valideyn nəzarəti ilə fırçalamağı tövsiyə edirlər.
Xanım,
Medicina.az