Kosmonavtların DNT-də mutasiyalar aşkarlandı

  • 2025.10.20 09:29
  • 64 Baxış
Kosmonavtların DNT-də mutasiyalar    aşkarlandı

Alimlər kosmonavtların qanında DNT mutasiyasının əlamətlərini müəyyən ediblər. Bu mutasiyalar kosmosa uçuş zamanı orqanizmin sıfır cazibə qüvvəsinə məruz qalması nəticəsində baş verir.



“Medicina” xəbər verir ki, kosmonavtlarda xərçəngin inkişaf riski onların qanında aşkar edilən DNT-də xarakterik mutasiyalar səbəbindən arta bilər.

Bu, 20 il ərzində saxlanılan kosmonavtlardan alınan qan nümunələrinin təhlili ilə bağlı araşdırmanın nəticələridir. Tədqiqatda kosmosa səfər etmiş 14 NASA astronavtı iştirak edib.


Bu mutasiyalar kifayət qədər intensiv olsa da, hələ də təhlükəsiz həddi keçməyiblər.

Bu tədqiqat unikaldır, çünki kosmonavtların qanı bu qədər uzun müddət saxlanılıb, lakin nəticələr sarsıdıcı deyil.

Elm adamları əvvəllər sıfır cazibə mühitinin insan orqanizmində DNT-yə təsir edən xarakterik dəyişikliklərə səbəb olacağını fərz edirdilər. Hazırkı tədqiqatın nəticələri onu deməyə əsas verir ki, kosmonavtlar mümkün mutasiyaları izləmək üçün daha intensiv müayinədən keçməlidirlər.

2019-cu ildə aparılan bir araşdırma göstərdi ki, güclü ionlaşdırıcı kosmik radiasiyaya məruz qalmalarına baxmayaraq, astronavtların xərçəngə tutulma və ya ondan ölmə ehtimalı yoxdur.

Bununla belə, əksər hallarda bu təcrübələr kosmosda qısa müddət qalan kosmonavtları əhatə edirdi. İndi, Marsa ekspedisiya da daxil olmaqla, çox uzun müddətli kosmik missiyalara hazırlıqla vəziyyət tamamilə dəyişə bilər.

Aygün Musayeva