Həkimlər yeməkdən dərhal sonra uzanmaq vərdişinin zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Xüsusilə yeməkdən sonrakı ilk saatda uzanmaq mədə turşusunun qida borusuna geri qayıtmasına səbəb ola bilər.
Medicina.az xəbər verir ki, bu hal tez-tez təkrarlanarsa, qida borusunda qıcıqlanma və xroniki reflüks yarana bilər.
Mütəxəssislər bildirirlər ki, uzunmüddətli reflüks bəzi hallarda qida borusu xərçəngi riskini artıra bilər.
Həkimlər yeməkdən sonra dərhal uzanmaq əvəzinə bir müddət dik vəziyyətdə qalmağı və ya yüngül gəzməyi tövsiyə edirlər. Xüsusilə tez-tez mədə yanması, udma çətinliyi və sinə ağrısı yaşayanların həkimə müraciət etməsi məsləhətdir.
Xanım,
Medicina.az