Məşhur aktrisanın qeyri-adi ritualı - Duşda soyuq çay içir

  • 2026.08.03 23:03
  • 118 Baxış
Məşhur aktrisanın qeyri-adi ritualı -  Duşda soyuq çay içir

Dünyaca məşhur aktrisa Zendaya son dövrlərin məşhur sağlamlıq trendindən - buzlu vannalardan uzaq durduğunu açıqlayıb Məlum olub ki, məşhur ulduz duşla birlikdə soyuq çaydan həzz alır.

Medicina.az xəbər verir ki, Hollivudun sevimli aktrisalarından biri olan Zendaya son illərdə sağlam həyat tərzi dünyasında populyarlaşan buzlu vanna trendi ilə bağlı açıqlaması ilə diqqət çəkib.



Aktrisa heç vaxt soyuq su terapiyasını sevmədiyini və uzun, isti duşların onun üçün daha rahatladıcı olduğunu söyləyib.



"Mən soyuq su sevən deyiləm" deyən məşhur aktrisa istirahət etmək üçün isti duş qəbul etməyi üstün tutduğunu bildirib. Diqqət çəkən detallardan biri də Zendayanın bu anlarda onunla buzlu çay içməsi olub.

Məşhur ulduz bəzən isti duş altında dəqiqələrlə istirahət etdiyini və bunu edərkən buzlu çayını içdiyini izah edib.

Aygün
Medicina.az