Hollivud ulduzu Brius Uillisdə demensiyanın sürətlə ağırlaşması fonunda ailəsi mühüm qərar qəbul edib — aktyorun beyni ölümündən sonra elmi araşdırmalar üçün bağışlanacaq.
“Medicina” xəbər verir ki, Uillisin beyin toxumasının öyrənilməsi, xüsusilə frontal-temporal demensiya kimi ağır nevroloji xəstəliklərin mexanizmini anlamağa elmdə ciddi töhfə verə bilər.
Xəstəlikdən sonra toxuma səviyyəsində aparılan araşdırmalar patoloji dəyişiklikləri;
Zülal anomaliyalarını və mümkün genetik mutasiyaları dəqiq müəyyən etməyə imkan verir;
Bu informasiyalar gələcəkdə yeni müalicə metodlarının hazırlanmasında həlledici ola bilər.
Aktyorun həyat yoldaşı Emma Heminq-Uillis ailənin mövqeyini belə ifadə edib:
“Bir gün bu tədqiqatlar başqa ailələrə ümid verəcək”.
Uillisin vəziyyəti ağır olaraq qalır. Hazırda o, xüsusi tibbi nəzarət altında yaşayır.
Aygün Musayeva