Uzman psixiatr İkram Rüstəmov Qarabağda fəaliyyət göstərəcək.
Medicina.az xəbər verir ki, bu barədə o, paylaşım edib.
"Uzun müddətdir klinik fəaliyyətimi dayandırmışdım. Çünki ölkəmiz üçün çox əhəmiyyətli olan Qarabağ
Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi və eyni
zamanda Qarabağ Universitetinin Klinikasının qurulması
işi ilə məşğul idik. Artıq bundan sonra klinik və akademik
fəaliyyətimi Qarabağ Universiteti Klinikasında davam
etdirəcəyəm. Ünvan Xankəndi şəhəridir", - deyə qeyd edib.
Aygün
Medicina.az