Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meyxanaçı Kərimin son vəziyyəti açıqlandı

  • 2025.05.28 10:05
  • 308 Baxış
Meyxanaçı Kərimin son vəziyyəti açıqlandı

"Kərimin vəziyyəti heç yaxşı deyil. Nə otura bilir, nə qalxa bilir".

Medicina.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında meyxanaçı Kərimin dostu Ağamirzə deyib.

"Ancaq nəfəsi gedib-gəlir. Danışa da bilmir. Həkimlər deyirlər ki, hələ bu cür qalıbsa, şükür edin", - o əlavə edib.

Qeyd edək ki, meyxanaçı Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən meyxanaçı şəkər və təzyiq xəstəsidir.