Yay aylarında evlərdə artan milçəklərdən qorunmaq üçün bəzi təbii üsullardan istifadə etmək mümkündür. Naturopatların fikrincə, müəyyən efir yağlarının güclü qoxuları həşəratları uzaqlaşdırmağa kömək edir.
Medicina.az xəbər verir ki, bu barədə “Doctissimo” yazıb.
Bildirilib ki, mütəxəssislər milçəklərə qarşı ən təsirli vasitələr arasında tropik reyhan, lavanda, gül ətirşahı və Java limon otu efir yağlarını göstərirlər.
Bu yağlar otaq difuzorunda, spreylərdə və ya pambıq üzərinə damcıladılaraq istifadə edilə bilər.
Bundan əlavə, evdə təzə reyhan saxlamaq və ya limon üzərinə mixək batırmaq kimi sadə üsulların da həşəratları uzaqlaşdırmağa kömək etdiyi bildirilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, efir yağlarından istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Onları uşaqların, hamilələrin, allergiyası və tənəffüs problemi olan şəxslərin yanında diqqətlə istifadə etmək, həmçinin dəriyə birbaşa tətbiq etməmək tövsiyə olunur.
Xanım,
Medicina.az