Miqreni yaradan gizli səbəblər

  • 2026.05.14 18:21
  • 91 Baxış
Miqreni  yaradan gizli səbəblər


Miqren sadəcə adi baş ağrısı deyil. Bu vəziyyət sinir sistemi, damarlar, hormonlar və hətta həyat tərzi ilə əlaqəli kompleks bir problemdir. Bir çox insan yalnız ağrını azaltmağa çalışır, amma miqreni artıran gizli səbəbləri bilmədiyi üçün problem təkrarlanır.


Aşağıda miqreni gücləndirən ən yayılmış, amma çox vaxt diqqətdən qaçan səbəblər təqdim olunur.

1. Boyun və çiyində gərginlik

Uzun müddət telefon və kompüter qarşısında oturmaq boyun əzələlərində spazm yaradır. Bu spazm başın arxa hissəsində damar və sinirlərə təzyiq edərək miqren tutmasını başlada bilər.

Əlamətlər:
Boyunda sərtlik
Başın arxasında ağırlıq
Gicgah ağrısı
Baş hərəkət etdikdə artan ağrı

Yüngül boyun hərəkətləri, isti duş və düzgün yuxu mövqeyi vəziyyəti azalda bilər.

2. Susuzluq

Orqanizmdə maye azalanda beyin damarları buna həssas reaksiya verir. Bəzən sadəcə kifayət qədər su içməmək belə güclü baş ağrısına səbəb olur.

Risk artır:

İsti havalarda
Çox çay və kofe qəbulunda
Uzun müddət ac qalanda

3. Hormonal Dəyişikliklər

Xüsusilə qadınlarda estrogen hormonundakı dəyişikliklər miqreni tetikleyə bilər.
Ən çox:
Aybaşı öncəsi
Yuxusuzluq dövrlərində
Güclü stress zamanı
Menopauza dövründə müşahidə edilir.

4. Gizli allergiya

Burun tutulması, sinuslarda təzyiq və allergik reaksiyalar baş nahiyəsində gərginlik yaradaraq miqreni artırır.
Bəzən insan bunu yalnız “baş ağrısı” kimi hiss edir, amma əsas səbəb:
Toz allergiyası
Polen
Kəskin qoxular
Hava dəyişiklikləri ola bilər.

5. Maqnezium Çatışmazlığı

Maqnezium sinir sisteminin sakit işləməsində mühüm rol oynayır. Çatışmazlıq zamanı:
Göz seğirməsi
Əzələ dartılması
Narahatlıq
Ürəkdöyünmə


Maqneziumla zəngin qidalar:
Badam
Balqabaq tumu
Yaşıl yarpaqlı tərəvəzlər
Kakao

6. Hava və maqnit dalğası

Bəzi insanlar hava dəyişikliklərinə qarşı çox həssas olur. Atmosfer təzyiqinin dəyişməsi damar sisteminə təsir edərək baş ağrısını gücləndirə bilər.
Ən həssas dövrlər:
Kəskin isti hava
Güclü külək
Yağış öncəsi
Maqnit fırtınaları

7. Yuxunun pozulması

Az yatmaq da, həddindən artıq yatmaq da miqreni artıra bilər.
Riskli vəziyyətlər:
Gec yatmaq
Telefon ekranına uzun baxmaq
Gecə 2–3-dən sonra yuxuya getmək
Keyfiyyətsiz yuxu


Aşağıdakı hallarda mütləq nevroloq müayinəsi vacibdir:

Ani və çox güclü baş ağrısı
Nitq pozulması
Əldə və ya üzdə keyimə
Görmədə dəyişiklik
Yüksək təzyiq və qusma ilə müşayiət olunan ağrı

Aygün Musayeva