Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mismarlı lövhə üzərində saatlarla dayandı – Rekord

  • 2025.07.19 23:10
  • 90 Baxış
Mismarlı lövhə üzərində saatlarla dayandı  – Rekord

Mismarlı lövə üzərində ayaqyalın dayanmaq üzrə dünya rekordu yenilənib.


“Medicina” xəbər verir ki, Sadhu lövhəsi üzərində 13 saat dayanmaqla, fransalı Ferdinand dünya rekordçusu olub.

Sadhu lövhələri yoqa və meditativ təcrübələrdə istifadə olunur. O stressi aradan qaldırmağa və yorğunluq əlamətlərini yüngülləşdirməyə kömək edə bilər.



Təbii ki, belə taxtada ayaqyalın dayanmaq o qədər də rahat deyil, lakin Ferdinand 13 saat 13 dəqiqə 13 saniyə dayanmağı bacarıb.

Kişi xoşagəlməz hisslərdən yayınmaq üçün vaxtaşırı musiqi dinləyirdi.


Qeyd edək ki, adi insanlar ilk dəfə Sadhu üzərində 5 dəqiqə də dayana bilmir.


Aygün Musayeva